Pəncərəmizdən görünən dünya – Şıxlinski 19

Baş yol, sol tərəf

Azər Həsrət

Heç öz həyətiniz, məhəlləniz, küçəniz haqqında yazdığınız hallar olub? Yəni, misal üçün sadəcə həyətinizi təsəvvür etdiyiniz hallar. Yəqin hər kəsin orta məktəb illərindən yadında olar ki, müəllimlərimiz bizə inşa yazdıranda elə belə mövzularda da tapşırıq verərdilər. Deyərdilər ki, gedin məhəllənizi təsvir edən bir inşa yazıb gətirin. Yaxud da deyərdilər ki, həyətinizi, küçənizi təsvir edin. Elə bu təsvirlərdən də bizim dünyagörüşümüz genişlənməyə başlardı. Əvvəlcə həyətimizi, sonra məhəlləmizi, sonra küçəmizi, sonra kəndimizi, şəhərimizi və dünyanı təsvir edərdik. Və… dayanın! Dünyanı təsvir etməyə başlayanda artıq həyətimiz, məhəlləmiz, küçəmiz yaddan çıxardı. Hamıda belə olurdu. “Böyük” işlərlə məşğul olanlar “kiçik” işlərə zaman tapmazdılar. Elə indi də tapa bilmirlər…

Heç olubmu ki, xarici ölkədə səfərdə olarkən əcnəbilər sizdən harada, necə bir yerdə yaşadığınızı soruşanda oranı təsvir etməkdə çətinlik çəkəsiniz? Şübhə etmirəm ki, olub! Hətta sizdən oraların şəkillərini göstərməyi xahiş edəndə İnternetdə saatlarla axtarış aparıb heç nə tapmadığınız anlar da olub yəqin ki! Read the rest of this entry »

Oxunma sayı: 1456